Hacıbala Abutalov səhhətinə görə Almaniyaya aparılıb

  • 06 Noy 2021 15:59
  • 641 Baxış
Hacıbala Abutalov səhhətinə görə  Almaniyaya aparılıb
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Medicina.az xəbər verir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.

Məsələ ilə bağlı H.Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib:

“Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam”.