Hamburgeri yeyərkən fərqinə varmadı - Həyatı kabusa çevrildi

  • 2026.07.02 23:39
  • 192 Baxış
Hamburgeri yeyərkən fərqinə varmadı -  Həyatı kabusa çevrildi

ABŞ-də yaşayan Noah Valdenin, manqalda bişirilən hamburgerə girən metal məftil səbəbindən bağırsağı deşildi. Gənc oğlan təcili əməliyyat keçirdi və bağırsağının təxminən 8 santimetri çıxarıldı.

Medicina.az xəbər verir ko, manqalda qril etmək zövqü ABŞ-nin Minnesota ştatında yaşayan Noah Valden üçün kabusa çevrildi. Yediyi hamburgerə bilmədən girən metal məftil bir neçə gün sonra ciddi sağlamlıq problemlərinə səbəb oldu.

Valden izah etdi ki, hamburger yeyərkən heç bir problem hiss etməyib, lakin təxminən bir həftə sonra gecə yarısı şiddətli qarın ağrısı ilə təcili yardım şöbəsinə aparılıb.

Xəstəxanada aparılan KT müayinəsi nəticəsində manqal təmizləyici fırçadan çıxan nazik metal məftil onun bağırsağına ilişib qaldığı və perforasiyaya səbəb olduğu aşkar edilib.

Həkimlər təcili əməliyyat qərarı veriblər, metal məftili çıxarıblar və zədələnmiş bağırsağın təxminən 8 santimetrini məcburi şəkildə çıxarıblar.

Əməliyyatdan sonra Uoldenin qarnında təxminən 15 santimetr çapıq qalıb.

Hadisədən sonra danışan Uoldenin anası Emi Uolden başqalarını da oxşar hadisələrdən çəkinməyə çağırıb.

Ana Uolden bildirib ki, evlərdə istifadə olunan metal məftil manqal təmizləyici fırçalar ciddi risk yaradır və hər kəs bu məhsullardan istifadəni dayandırmalıdır.

Aygün
Medicina.az