"Hamilə qadınlar toylara, məclislərə getməməlidir" - Ginekoloq səbəbi açıqladı

  • 2021.11.26 15:01
  • 1979 Baxış
"Hamilə qadınlar toylara, məclislərə getməməlidir" -  Ginekoloq səbəbi açıqladı
“Hamilələrin toy mərasimləri və digər yığıncaqlarda iştirakı düzgün deyil”.

Medicina.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti” proqramında deyib.

O qeyd edib ki, işləyən hamilə qadın iş yerində digər şəxslərlə sosial məsafəni qorumalıdır: “Eyni zamanda hamilələr dügzün qidalanmalı, təmiz havada çox vaxt keçirməlidir”.

T.Həsənova bildirib ki, COVID-19 virusu hamilələrin doğuş prosesinə dolayısı ilə təsiri var: “Təbii ki, normal doğuş mümkündür. Əgər hamilələrdə xəstəlik ağırdısa o zaman qeysəriyyə üçün göstəriş olur. Hamiləlik zamanı qanı durulaşdırmaq üçün verilən dərman doğuşdan sonra müəyyən çətinlik yarada bilər”.