Hamilə qala bilməyənlərə yumurta sarısı metodu

  • 2023.05.11 13:49
  • 1811 Baxış
Hamilə qala bilməyənlərə  yumurta sarısı metodu
Yumurta sarısı və soya yağı hamilə qalmağa və doğuma kömək edə bilər.

“Medicina” xəbər verir ki, İngiltərədə baş vermiş bu hadısə tibbi cəhətdən sübuta yetirilib.

İngiltərəli qadın Claire 2008-ci ildə evləndikdən 6 ay sonra süni mayalanma üçün müraciət edib. O zaman onun 38, əri Davidin 42 yaşı vardı. Qadın bilirdi ki, 35 yaşdan yuxarı analıq sevincini yaşamaq istəyən qadınlar ilk altı ayda ənənəvi üsulla hamilə qala bilməsələr, süni mayalanmanı sınamalıdır.

Bir sıra testlərdən sonra həkimlər Claire və Davidin yalnız IVF-ə arxalana biləcəyini təsdiqlədilər, çünki gələcək atanın sperma sayı azdır.

Lakin embrionun implantasiyası iki dəfə həyata keçirilsə də uğursuz başa çatıb.

Bu arada, Claire hər axşam işdən sonra internetdə müxtəlif IVF üsulları ilə bağlı materialları öyrənməyə başladı. Bir gün o, Amerika klinikalarında populyarlıq qazanan yeni bir müalicə üsulu ilə qarşılaşdı. Bu üsul intralipid terapiya adlanırdı.
İntralipidlər parenteral qidalanma üçün yağ emulsiyalarıdır və soya yağı, yumurta sarısı, qliserin, suyun birləşməsidir.

Onlar adətən əməliyyatdan sonra xəstələrə kömək etmək və vaxtından əvvəl doğulmuş körpələrin müalicəsi üçün istifadə olunur. İntralipidlərin immunitet sistemini boğduğu aşkar edilmişdir, buna görə də bəzi həkimlər onlardan IVF-yə ucuz alternativ kimi istifadə edirlər.

Nəzəri olaraq, intralipidlər hüceyrə membranlarına stabilləşdirici təsir göstərir.
Claire son ümidini bu metodda gördü. O, heç bir yan təsiri olmayan 500 dollarlıq intralipid kursunu keçdi və növbəti süni mayalanma prosesi uğurlu alındı.

Bir il ərzində Clair hamilə qaldı. Normal doğuş edərək, qız uşağı dünyaya gətirdi.

Günay Quluzadə