Hamilələr “fast food” yeməməlidir - Vaxtından əvvəl doğuşa səbəb olur

  • 2024.03.01 10:04
  • 885 Baxış
Hamilələr “fast food” yeməməlidir -  Vaxtından əvvəl doğuşa səbəb olur
“Fast food” bir çox insanın vazkeçilməzidir. Lakin, əksər mütəxəssislər “fast food”un sağlamlığa zərərli olması ilə razılaşırlar.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, hamilə qadınlarla bağlı aparılan yeni bir araşdırma bu reallığa tamamilə fərqli prizmadan işıq salır.

Vaşinqton Universiteti Tibb Fakültəsi tərəfindən “Environment International”da nəşr olunan araşdırmaya görə, hamiləlik dövründə həddindən artıq işlənmiş qidalar və “fast food” istehlakı döl üçün risk yaradır.

Belə qidalar təkcə tərkibindəki zərərli yağlar və köklüyə səbəb olan yüksək kalorilərə görə deyil, həm də kimyəvi maddələr səbəbilə təhlükəlidir.

“Ftalat” adlanan kimyəvi maddələrin “fast food” qablaşdırmalarından və ya yeməyi hazırlayan şəxsin plastik əlcəklərindən yeməyə keçdiyi təxmin edilir.

Bu kimyəvi maddələrin hamilə ananın qan dövranına daxil olması autizm, vaxtından əvvəl doğuş və ya düşük ilə nəticələnir.
Altı aylıq hamilə olan 1031 hamilə qadını araşdıran tədqiqatçılar kartof qızartması, burger çörəkləri, sərinləşdirici içkilər, həmçinin tort və keks kimi “fast-food” məhsulların təhlükəli olduğunu bildiriblər.

Hamilə qadınlara mümkün qədər işlənmiş qidalardan uzaq durmaq tövsiyə olunub.


Gül