Kral ailəsinin gəlini övladını hansı xəstəxanada dünyaya gətirəcək?

  • 2019.02.06 14:02
  • 10995 Baxış
Kral ailəsinin gəlini övladını hansı xəstəxanada dünyaya gətirəcək?

İngiltərədə kral ailəsinin yeni nəvəsinin harada doğulacağı şou mətbuatının diqqət mərkəzindədir.


Medicina.az xəbər verir ki, gözlər ailənin yeni gəlini Meqan Markla dikilib. Şou mətbuatı yazır ki, Meqan eltisi Keyt Midltonun ondan əvvəl etdiklərindən qaçmağa çalışır. Buna görə də o, övladını "Saint mary's hospital” xəstəxanasında dünyaya gətirməyəcək. 


Amma yayılan məlumatlara görə, həmin xəstəxananın Lindo Wing filialının əməkdaşlarından aprel ayındakı məzuniyyətlərini təxirə salmaları xahiş olunub. Elə Meqanın doğuşu da məhz aprelin sonu, may ayının əvvəllərinə düşür. Məhz Keyd Midlton da üçüncü övladını bu xəstəxanada dünyaya gətirib.


Buradan belə çıxır ki, Meqan Markl kraliyyət ənənələrini pozmamağa qərar verib və övladını elə o xəstəxanada doğacaq.

 

Герцогиня Кембриджская и принц Уильям

Картинки по запросу meghan markle