Hamiləlikdə yorğunluq bunun əlaməti ola bilər

  • 2026.07.30 16:19
  • 93 Baxış
Hamiləlikdə yorğunluq bunun əlaməti ola bilər

Hamiləlik zamanı yorğunluq əksər hallarda normal hesab edilsə də, mütəxəssislər bunun bəzi hallarda yuxu apnesindən qaynaqlandığını bildirirlər.

Medicina.az xəbər verir ki, yuxu apnesi yuxu zamanı nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunur. Bu isə orqanizmdə oksigen çatışmazlığına səbəb olaraq gün ərzində halsızlıq, yuxululuq, baş ağrısı və diqqətin zəifləməsi kimi əlamətlər yarada bilər.

Mütəxəssislər qeyd edirlər ki, hamiləlik dövründə yuxu apnesi vaxtında aşkar edilmədikdə yüksək qan təzyiqi, hamiləlik diabeti və digər ağırlaşmaların riskini artıra bilər.

Həkimlər davamlı xoruldama, yuxuda nəfəsin dayanması və səbəbi izah olunmayan güclü yorğunluq hallarında müayinədən keçməyi tövsiyə edirlər. Onların fikrincə, erkən diaqnoz və müalicə həm ana, həm də dölün sağlamlığının qorunmasında mühüm rol oynayır.

Xanım,
Medcina.az