Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Hamınızı yoluxduracam" deyib işə getdi - 22 nəfər yoluxdu

  • 2021.04.26 19:47
  • 2400 Baxış
"Hamınızı yoluxduracam" deyib işə getdi   - 22 nəfər yoluxdu



İspaniyada 40 yaşlı COVİD-19 xəstəsi 3-ü körpə uşaq olmaqla 22 nəfərə qəsdən virus yoluxdurduğuna görə həbs edilib.

Medicina.az xəbər verir ki, kişi maskasız işə gedib. 40 dərəcə qızdırma ilə iş yerinə gedən kişinin iş yoldaşlarının üzlərinə doğru öskürərək "Hamınızı koronavirus yoluxduracağam" deyib.

Koronavirus xəstəsi 8 nəfərə birbaşa, 14 nəfərə isə dolayı yollarla koronavirus yoluxdurduğu qeydə alınıb.