Hansı daha yaxşıdır: qara, yoxsa yaşıl?

  • 2023.10.28 19:49
  • 2004 Baxış
Hansı daha yaxşıdır: qara, yoxsa yaşıl?
Artıq uzun müddədir yaşıl çay qara çaydan daha faydalı hesab olunduğundan və onun təbliği gedəndən insanlar qara çaydan üzünü çevirir. Amma Avsrtraliya və Çin alimləri bu məsələyə birdəfəlik cavab tapıblar.

“Medicina” xəbər verir ki, yeni araşdırma sübut edib ki, elə ata-babalarımız doğru çayı içirmişlər.

Belə ki, qara çay şəkərli diabet riskini 2 dəfə azaldır, şəkəri qandan yuyur və insulinə həssaslığı yaxşılaşdırır.

Onlar bir neçə çay nümunələrini 2000 nəfər çinli üzərində sınayıblar. Onların sağlamlıq göstəriciləri, qanda şəkəri müntəzəm ölçülüb.

Çində daha çox yaşıl çay sevirlər. Amma eksperimentdə qara çay içənlərdə effekt 3 dəfə çox olub.

Tədqiqatın nəticələri göstərdi ki:

- Yaşıl çay preddiabet, yəni şəkər öncəsi riski 39, qara çay isə 57% azaldır.
- Yaşıl çay qlükozanın sidiklə çıxarılmasını 0,11 mmol artırır, qara çay 0,16 mmol.
- Yaşıl insulinə həssaslığı 0,23 vahid artırır, qara 31.

Əsas maraqlı məqam odur ki, necə olur çay qanda qlükozanı azaldır. Çay qlükozanı böyrəklər vasitəsilə qovub çıxarır.

Bu şəkər dərmanlarının təsiri ilə eynidir.

Çayın diabet xəstələri üçün digər faydası iltihabı azaltmasıdır. Bu içkidə olan antioksidantlar xroniki sistem iltihabına qarşıdır.

Aygün Musayeva