Hansı öskürək xərçəngdən ola bilər? – Azərbaycanlı həkim açıqladı

  • 2023.07.05 14:49
  • 1083 Baxış
Hansı öskürək xərçəngdən ola bilər?  –  Azərbaycanlı həkim açıqladı
Davamlı öskürəyin səbəbi bir çox xroniki xəstəliklər ola bilər. Çox vaxt bunlar iltihablı xəstəliklər, bədənin allergik reaksiyalarıdır. Bu hallarda öskürək sağlamlıq üçün ciddi təhlükə yaratmayan müvəqqəti xarakter daşıyır.



“Medicina” xəbər verir ki, cərrah Arif Allahverdiyevin sözlərinə görə, bəzən öskürək daha təhlükəli bir şeyin xəbərdaredici əlamətidir.


İlk növbədə həftələrlə keçməyən davamlı öskürək narahatedici olmalıdır. Əsassız olaraq, uzanan öskürək müayinə olunmalıdır.


“Əgər öskürək uzun müddət keçmirsə, şəxs soyuqdəymə olduğundan şübhələnirsə, bir növ öskürək dərmanı qəbul edirsə və iki-üç həftə ərzində bu simptom getmirsə, mütləq həkimə müraciət edin.

Bu öskürək xərçəngdən xəbər verə bilər. Hansı ki, digər mənfi əlamətlərlə birlikdə müşahidə olunur:

• bəlğəmdə qan
• sinə ağrısı
• xroniki zəiflik
• fiziki güc zamanı nəfəs darlığı

Bu əlamətlərlə müşayiət olunan öskürək uzun müddət davam edən və iri şişdən xəbər verə bilər”.

Günay Quluzadə