Hansı özəl klinikalar icbari tibbi sığortaya daxildir?

  • 2021.02.04 13:02
  • 6326 Baxış
Hansı özəl klinikalar icbari tibbi sığortaya daxildir?

İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev rəhbərlik etdiyi qurumun hansı özəl səhiyyə müəssisələri ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Medicina.az xəbər verir ki, hazırda vətəndaşları Mərkəzi Klinika, Mərkəzi Gömrük Hospitalı, Müalicəvi Diaqnostika Mərkəzinə yönləndirirlər:


“Gələcəkdə yeni özəl müəssisələrlə də müqavilələr bağlayacağıq. Hazırda isə Gəncə və Bakı şəhərində özəl klinikalarla müqavilələrimiz mövcuddur”.