Hansı qan qrupunda mədə xərçəngi və şəkər olur?

  • 2023.11.13 19:23
  • 2987 Baxış
Hansı qan qrupunda mədə xərçəngi və şəkər olur?

Qan qrupunun bəzi qrup xəstəliklərə təsiri artıq sübut olunub.


“Medicina” xəbər verir ki, onkoloq Suna İsakova qan qrupunun xarakter və sağlamlığa təsiri barədə faktlar açıqlayıb.

“Bir çox tədqiqatlar II qrupun daha stresə davamlı olduğunu sübut edib.

Təxmin edilir ki, I qrupda ürək-damar xəstəliklərinə dözümlüdür, amma koronavirusu ağır keçirirlər.
II qrup insanlarında mədə xərçəngi riski yüksəkdir.

II və III qruplarda şəkərli diabet daha çox yaranır.

Amma təbii ki, bu qrupdan olan insanlar düzgün həyat keçirərsə, daha sağlam olarlar.

Yapon alimləri isə bildirib ki, ağır travma və yaralanmalarda sağ qalma şansı da qan qrupuna görə dəyişir.

I qan qrupu sahibləri ciddi travma və qəzalarda daha çox vəfat edir. Bunun səbəbi qan qatılığı ola bilər”.

Aygün Musayeva