Qışda D vitamini  kəskin düşə bilər. Hər bir insan D vitamini tərkibli qidaları bilməlidir. Çünki bu təkcə vitamin yox, həm də hormondur. 
“Medicina” xəbər verir ki, D vitamini orqanizmdə ən azı bu sistem və proseslərdə iştirak edir.
-	Kalsium və fosfor mənimsənilməsi
-	İmmun sistemi möhkəmlədir
-	Sinir sistemi siqnallarını ötürür
-	İltihab əleyhinə təsir edir
-	Əzələ spazmını  aradan qaldırır
-	Depressiyaya qarşıdır
Gündəlik profilaktik doza 1000 Vahidə qədərdir. Hamilə və südverənlərə daha çox tələb olunur.
D vitamini əskikliyinin əlamətləri:
-	Yorğunluq, halsızlıq
-	Əzələ spazmı, qıcolma,uyuşma
-	Sümük əriməsi
-	Yuxusuzluq
-	Təşviş, depressiya
-	Dırnaq, saçların qırılması
-	Diş tökülməsi
-	Sümük ağrıları
-	Qəbizlik
D vitamini ilə zəngin 2 tip qida var:
Birki tərkibli – D2 vitamini
Heyvani tərkibli – D3 vitamini
Ən zəngin qidalar TOP 5:
1-	Qızıl balıq, okean, dəniz balıqları – 100 qramında günlük normanın 50%-i var.
2. Yumurta sarısı  - bir sarıda 35 vahid D vitamini. Təbii ki, kənd yumurtası olsa daha yaxşı
3. Balıq qaraciyəri, balıq konservi 
4. Göbələk – meşədə, talada yetişən, istixanada yox. 1 porsunda 300-500 vahid D vitamini var.
5. Süd məhsulları, yoqurt, kərə yağı
Aygün Musayeva