Hansı saatda edilən idman daha təsirlidir?

  • 2024.04.16 13:40
  • 332 Baxış
Hansı saatda edilən idman  daha təsirlidir?
Avstraliyada aparılan araşdırma kök insanlar üçün ən faydalı idman vaxtının axşam saaatları olduğunu müəyyən edib.

Medicina.az xəbər verir ki, Sidney Universitetinin Charles Perkins Mərkəzinin elm adamları tərəfindən aparılan araşdırmada, İngiltərə Biobankının məlumatlarından yararlanılaraq 40 yaşdan yuxarı və həddən artıq kök 29 836 nəfərin sağlamlıq məlumatları təxminən 8 il ərzində təhlil edilib.

Bu müddət ərzində onların arasında 1425 ölüm, 3980 ürək-damar xəstəliyi və 2162 mikrodamar disfunksiyası halı qeydə alınıb.

Tədqiqatçılar 2995-inə tip 2 diabet diaqnozu qoyulmuş təxminən 30 min insanı istifadə etdikləri geyilə bilən cihazdan əldə edilən məlumatlara əsasən səhər, günorta və ya axşam, orta və ya ağır idman edənlər kimi təsnif ediblər.

Alimlər müəyyən ediblər ki, nəfəsi kəsəcək dərəcədə ürək döyüntüsünü artıran orta və ağır fiziki fəaliyyətlərin çoxunu axşam saat 18:00 ilə gecə yarısı arasında edən insanlarda erkən ölüm və ya ürək-damar xəstəliklərindən ölüm riski daha az olur.

Həmçinin aydın olub ki, 3 dəqiqə və ya daha çox davam edən bu cür məşqlərin tezliyi gündəlik fiziki fəaliyyətin ümumi miqdarından daha vacibdir.

Araşdırmanın rəhbəri Dr. Metyu Ehmedi fiziki fəaliyyət növləri arasında ayrı-seçkilik etmədiklərini bildirib. O, araşdırmanın həm də axşam idmanının 2-ci tip diabetə qarşı ən qoruyucu məşq olduğunu göstərdiyini qeyd edib.


Aysel