Hansı yemək beyninizi kiçildir?

  • 2023.11.23 17:13
  • 1541 Baxış
Hansı yemək beyninizi kiçildir?

İspan alimləri ultraemal edilmiş qidaların depressiyaya səbəb olduğunu bildirib.


“Medicina” xəbər verir ki, Barselona universitet tədqiqatçıları ultraişılənmiş qida və içkilərin beyinə neqativ təsirini sübut edib.

Belə ki, çips, fast-fud, şirin qazlı içkilər insanda depressiya yaradır. Uzun müddət depressiyada olan insanın isə beyni kiçilir.

Onlar 152 insan üzərində müşahidə aparıb.

İştirakçılar depressiya testi, MRT və iltihab analizindən keçirilib.
Onların gündəlik yedikləri qidalar soruşulub.

Nəticə göstərib ki, zərərli qida ilə depressiya arasında əlaqə var.

Ultra emal edilmiş qidalar yeyənlərdə beynin sol tərəfində kiçilmə baş verib.

Eləcə də zərərli qida yeyənlərin sağ alın payının həcmində kiçilmə olub, bu hissə dadlı yeməyə qarşı idarəni təmin edir.

Belə qidalara qazlı şirin içkilər, energetik içkilər, yağlı qızardılmış və duzlu qəlyanaltılar, burger, naggets, quru qidalar daxildir.

Psixoloqlar da piylənmə ilə depressiya arasında əlaqə olduğunu sübut edib.

Aygün Musayeva