Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

  • 2021.05.01 12:48
  • 1376 Baxış
Şimşək çaxacaq, yağış yağacaq -  XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Medicina.az -a verilən məlumata görə, mayın 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.