Havada toz dumanı müşahidə olunur

  • 2021.04.01 13:21
  • 1533 Baxış
Havada toz dumanı müşahidə olunur

Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Medicina.az -a verilən məlumata görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.