Hazırda dünyada koronavirusun 4 təhlükəli ştammı yayılıb - ÜST rəhbəri

  • 2021.07.31 16:35
  • 1140 Baxış
Hazırda dünyada koronavirusun 4 təhlükəli ştammı yayılıb   - ÜST rəhbəri


ÜST rəhbəri yeni təhlükəli COVİD ştamlarının yaranacağını proqnozlaşdırır


SARS-CoV-2 mutasiyasını davam etdirir və bu səbəbdən də onun yeni təhlükəli ştamlarının yaranacağı gözlənilir.

Medicina.az xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Qebreyesus bəyan edib.

O, bildirib ki, hazırda virusun daha çox təhlükə doğuran dörd növü mövcuddur – “alfa”, “beta”, “qamma” və “delta”.

Təşkilat rəhbərinin sözlərinə görə, onlardan “hindistan ştammı” kimi tanınan sonuncusu artıq 132 ölkədə yayılıb.