Həbsdə koronavirusa yoluxan sabiq icra başçısı ECMO-ya qoşuldu

  • 2021.09.22 14:18
  • 953 Baxış
Həbsdə koronavirusa yoluxan sabiq icra başçısı  ECMO-ya qoşuldu
Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirusa infeksiyasına yoluxan Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.

Medicina.az Trend-ə istinadən xəbər verir ki, bu barədə M.Quliyevin vəkili məlumat verib.

Vəkil bildirib ki, sabiq icra başçısının səhhətində irəliləyiş yoxdur: "Artıq 10 gündür ki, ECMO cihazına qoşulub. Vəziyyəti ağır olaraq qalır".

M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
Həbsdə koronavirusa yoluxan sabiq icra başçısı  ECMO-ya qoşuldu