Həftədə 40 saatdan çox işləyənlər tez qocalır

  • 2023.12.15 16:56
  • 1026 Baxış
Həftədə 40 saatdan çox işləyənlər  tez qocalır


55 yaşa qədər həftədə 40 saatdan artıq işləyənlərdə bu yaşdan sonra psixi apatiya, depressiya yaranır.

50 yaşdan sonra isə həftəlik iş saatı ümumiyyətlə, 35 saata endirilməlidir.


“Medicina” xəbər verir ki, Seul universitetinin alimləri yeni elmi araşdırma nəticəsində iş saatlarının insanın gələcəyinə təsirini öyrənib.


Alimlər 55 yaşdan yuxarı 6000 koreyalının məlumatını, həyatını incələyib.

Məlum olub ki, həftədə 35 saatdan çox işdə olanlarda depressiya və ruh düşkünlüyü az işləyən və ya heç işləməyənlərdən çoxdur.

Sosial –aktiv həyat keçirən, normal istirahət edən, həftədə 2 gün dincələn, hobbisi olanlar daha psixi sağlam qalıblar.

Məhz işlə şəxsi həyat arasında balans saxlamaq yaşlı dövrdə psixi sağlamlığa təsir edir.
İş insanın cövhəridir deyilsə də, görünür bu, indiki iş və peşələrə aid deyil.

Aygün