Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti - Bərpa olunmayacaq

  • 2021.07.26 16:01
  • 1304 Baxış
Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti     - Bərpa olunmayacaq

Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa olunmur

Prezidentin köməkçisi Şahmar Mövsümov həftəsonları ictimai nəqliyyatın işləməməsi səbəbini açıqlayıb.

Medicina.az xəbər verir ki, Ş.Mövsümov bildirib ki, həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur:

“Şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür və biz bunun sayəsində yoluxma sürətinə, epidemik vəziyyətə nəzarət edə bilirik”.