Həkim doğuş zamanı uşağın başını bədənindən ayırdı

  • 2019.12.17 14:10
  • 6016 Baxış
Həkim doğuş zamanı uşağın başını bədənindən ayırdı
Hindistanda mama-ginekoloq yeni doğulan uşağın başını bədənindən ayırıb.

Medicina.az saglamolun.az-a istinadən bildirir ki, yerli xəstəxanaya gətirilən hamilə qadının doğuşu zamanı mama-ginekoloq uşağı kobudcasına dartaraq başını bədənindən ayırıb.

Körpəsinin başı bətnində qalan ananı kritik vəziyyətdə Racəstan ştatının Codxpur şəhərində yerləşən xəstəxanaya apararaq əməliyyat edib, bətnindəki uşaq başını çıxarıblar.

Hadisədə şübhəli bilinən iki ginekoloqa qarşı cinayət işi başlanıb. Məlum olub ki, doğuş prosesi zamanı onlar sərxoş olublar.