Həkim-fitoterapevtdən bağırsaqları təmizləyən - Faydalı salat resepti

  • 2022.04.25 15:05
  • 3053 Baxış
Həkim-fitoterapevtdən  bağırsaqları təmizləyən  - Faydalı salat resepti

Həkim-fitoterapevt Fizuli Hüseynov Ramazan ayında faydalı salat resepti ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Medicina.az xəbər verir ki, salat mineral və vitamini ilə bərabər, bağırsaqlar tərəfindən sorula bilən və sorula bilməyən sellüloza ilə zəngindir:


Salatın tərkibi:

Kök;

Çuğundur;

Bokoli;

Gül kələmi;

Zeytun yağı;

Narşərab;

Limon şirəsi.


Fitoterapevt bildirib ki, salatın tərkibindəki tərəvəzlər hamısı çiy olmalıdır kök və çuğunduru 100 qram götürsəniz, gül kələm və brokolinin hərəsindən 50 qram götürün, qalan hissələr zövqə görə qarışdırılır.

"Sorula bilən sellüloza bağırsaq mikroflorasının qidası, sorula bilməyənlər isə bağırsaqların hərəki funksiyasını artırmaqla, bağırsaq tənbəliyinin qarşısını alaraq qəbizliyin aradan qalxmasına səbəb olur. Hər yeməkdən əvvəl 1 kasa yemək olduqca faydalıdır. Salatın gözlərə, beyinə, qaraciyərə, yüksək xolesterinə çox faydası vardır".