Həkim yeni evlənənlərə müraciət etdi: Peyvənd olunun...

  • 2021.08.23 16:38
  • 7010 Baxış
Həkim yeni evlənənlərə müraciət etdi:  Peyvənd olunun...
"Hamiləlik planlaşdıran, yeni ailə quran cütlüklərə əvvəlcədən peyvənd olunmaq məsləhət görülür".

Medicina.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) I Mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova deyib.

Onun sözlərinə görə, burada bir sıra əks göstərişlər də nəzərə alınmalıdır: "Əvvəllər vaksinasiyadan 6 ay sonra hamiləliyin planlaşdırılması tövsiyə olunurdusa, sonradan bu müddət 3 və son olaraq 1 aya qədər azaldıldı".