Həkimdən xəbərdarlıq: Bu prosesdən sonra yoluxma artacaq - VİDEO

  • 25 May 2021 10:08
  • 2075 Baxış
Həkimdən xəbərdarlıq: Bu prosesdən sonra yoluxma artacaq -  VİDEO
“Açıq havada məsafə ilə bağlı qaydalara əməl edilməzsə, yoluxma sayı arta bilər”.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Emil Qasımov deyib.


O bildirib ki, sentyabrda yoluxma sayında artım müşahidə ediləcək:

“Açıq havada maska ilə bağlı qərarın ləğvindən sonra bəlkə yayı rahat keçirə bildik, lakin payızdan etibarən, yəni sentyabr-oktyabr ayında yenidən yoluxma sayında artım görülə bilər”.