Həkimlər Salavat adlı kişiyə “hamiləlik”diaqnozu qoydular – Kuryoz olay

  • 2020.10.23 15:48
  • 2428 Baxış
Həkimlər Salavat adlı kişiyə “hamiləlik”diaqnozu qoydular  – Kuryoz olay

Salavat Asxatov adlı pasiyent burun tutulması və sinusitlə bağlı 21 saylı Ufa xəstəxanasına gedir. Tibbi kitabçasını alan kişi orda “hamilədir” sözünü oxuduqda şoka düşür.


Medicina.az xəbər verir ki, kişi tibbi sənədin nümunəsini paylaşaraq, Başqırdıstan Səhiyyə Nazirliyindən tədbir görməsini istəyib.

“Guya mənim şikayətlərimdən həkimlər hamiləlik diaqnozu qoyub, hətta məni ginekoloq müayinəsinə göndəriblər. Bunlar hamısı tibbi vərəqəmdə yazılıb. Bu səhlənkarlıqdır”.

Xəstəxanada məsələ araşdırılıb və bunun sadəcə texniki xəta olduğu barədə açıqlama verilib.





Həkimlər Salavat adlı kişiyə “hamiləlik”diaqnozu qoydular  – Kuryoz olay