Həkimləri şoka salan xəstə... QAN TƏRLƏYİR - FOTO

  • 2017.10.24 23:33
  • 12576 Baxış
Həkimləri şoka salan xəstə...  QAN TƏRLƏYİR - FOTO
İtaliyada 21 yaşlı gənc qadın üz dərisi üzərində heç bir xəsarət və kəsik olmamasına baxmayaraq, ovucları və üzündə baş verən tər bənzəri qanaxma səbəbi ilə xəstəxanaya müraciət edib.


Medicina.az moderator.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan gənc qadının qanayan bölgələrində heç bir yara və kəsik olmaması həkimləri çaşdırıb.


Gənc qadın isə qanın yuxu və ya fiziki fəaliyyət zamanı baş verdiyini ifadə edib. Həmçinin, ciddi stress yaşadığı zaman bu cür qan sızmaların 1 ilə 5 dəqiqə davam etdiyini və bu vəziyyətin 3 ildir davam etdiyini bildirib.

 

Həkimlər apardıqları testlər nəticəsində gənc qadına həddindən artıq stress vəziyyətində kapilyar damarların çatlayıb tər vəzilərinə qarışan "hematohidrosis” adlı xəstəlik diaqnozunu qoyublar.