Həkimlərin əlindən gələsi bir iş yoxdur. - Meyxanaçı Ağamirzə

  • 2024.04.04 14:17
  • 398 Baxış
Həkimlərin əlindən gələsi bir iş yoxdur.  - Meyxanaçı Ağamirzə

Meyxanaçı Ağakərim hələ də ağır xəstədir və artıq heç kimi tanımır.

Vaxtaşırı Ağakərimin evinə gedib ona baş çəkirəm. Təəssüf ki, onun yanına gedəndə Ağakərim danışmır. Bir tək salamımı alır. Uzanıb, qalıb... Nə danışa, nə otura, nə dura, nə də ki gəzə bilir. Yalnız nəfəsi gedib-gəlir”.

"Medicina" xəbər verir ki, Ağamirzə Məmmədov uzun illərdir yataq xəstəsi olan həmkarı Ağakərim ləqəbi ilə məşhurlaşan Kərim Novruzovun səhhəti barədə Bizim.media-nın əməkdaşına söyləyib.

Söz ustadı bildirib ki, Ağakərimin sağlamlığında heç bir irəliləyiş yoxdur:

“Heydər Əliyev Fondu Ağakərimin səhhəti ilə mütəmadi maraqlanır. Bundan daha əvvəl xəstəxana müalicələrini də öz üzərinə götürmüşdü. Amma xəstəxanalıq bir şey də yoxdur. Ağakərim istər evdə, istərsə də xəstəxanada qalsın, onun səhhəti ilə bağlı heç bir irəliləyiş və fərq yoxdur. Həkimlərin əlindən gələsi bir iş yoxdur. Amma nə zaman ehtiyac olarsa, xəstəxana onu qəbul eləməyə hazırdır”.