Həkim Myasnikov həkimlərin son zamanlar artan bir hərəkətini tibdə biabırçılıq adlandırıb.
Medicina.az xəbər verir ki, məşhur rusiyalı aparıcı həkim qəbul zamanı xəstələrin təzyiqini ölçməyən həkimləri tənqid edib.
Myasnikov studiyadakı tamaşaçılardan həkim qəbulu zamanı təzyiqlərini ölçüb-ölçmədiklərini soruşub. Bəzilərinə bunun edilmədiyini biləndə qəzəbləndi.
"Mən başa düşmürəm ki, siz necə həkimə müraciət edəsiz və təzyiqinizi ölçməyəsiniz. Bu səhvdir, bu biabırçılıqdır, bu, rüsvayçılıqdır".
Teleaparıcı vurğuladı ki, hər qəbulda həkim təzyiqi ölçməlidir, hətta insan ürək problemlərindən şikayət etməsə belə bu vacib müayinə elementidir.
Aygün Musayeva