Həkimlər xəstənin bağırsağında milçək tapdı

  • 2023.11.23 15:45
  • 1608 Baxış
Həkimlər xəstənin bağırsağında  milçək tapdı

ABŞ-da xəstəxanada kolonoskopiya olunan kişi xəstənin bağırsağında diri milçək görən həkim şoka düşüb.


"Medicina" xəbər verir ki, bağırsaqlardakı polip götürülən zaman orda vızıldayan milçək kameraya tuş gəlib.

Xəstə 3 gün əvvəl salat yeyərkən milçək düşə biləcəyini deyib.

Sadəcə milçəyin mədə və öd şirəsindən canını qurtararaq, bu mühitdə necə salamat qalması maraqlıdır.

Aygün Musayeva