Həmid Herisçinin vəziyyəti necədir?

  • 2024.01.29 10:23
  • 922 Baxış
Həmid Herisçinin vəziyyəti  necədir?
Tanınmış jurnalist, yazıçı Həmid Herisçinin vəziyyəti stabilləşib.

Bu barədə Medicina.az -a Sabunçu Tibb Mərkəzindən məlumat verilib.


Bildirilib ki, H. Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir. Səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi bir neçə gün əvvəl qızılcaya yoluxub. O, təcili tibbi yardım avtomobili ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib