Hər 6 koronavirus xəstəsindən birində bağırsaqlar zədələnir

  • 2020.11.06 15:17
  • 1819 Baxış
Hər 6 koronavirus xəstəsindən birində bağırsaqlar zədələnir


Bir çox xəstələrdə tamamilə təsadüfən, qarın ağrısı səbəbindən qarın boşluğunun müayinəsi zamanı koronavirus olduğu aşkarlanıb.

Medicina.az xəbər verir ki, alimlər insanlarda ishal, ürəkbulanma, ishal, qarında ağrı, həzmsizlik kimi əlamətlərə diqqət yetirməyə çağırıb.

Kanadalı alimlərin məlumatına görə, 18% xəstələrdə COVİD 19 mədə-bağırsaq sistemində pozulma simptomları ilə başlayıb və davam edib.


“İndi koronavirus xəstələrində açdominal simptomlar barədə daha çox məlumatlar daxil olur. Biz ağciyərlərə diqqətimizi yönəltmişik, amma koronavirus bağırsaqlara doğru gedir” – deyə Mitç Uilson deyib.


Onlar bu yöndə 35 araşdırma aparıb və bu nəticəyə gəliblər ki, hər 5-ci xəstə koronavirusu yalnız həzm sistemi pozulması ilə keçirə, başqa heç bir əlamət olmaya bilər.