Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər evdə olmalı ucuz Xlorgeksidin – Çox dərdə dərmandır

  • 2018.08.20 20:39
  • 262632 Baxış
Hər evdə olmalı ucuz Xlorgeksidin –  Çox dərdə dərmandır
Xlorgeksidinin suda məhlulu aptekdə satılan, qəpik-quruşa olan antiseptik preparatdır. Kosmetologiya və cərrahiyyədə çoxdandır istifadə olunur. Dərini qurutmur, rəngi, qoxusu yoxdur, yandırmır, iz qoymur. Hər ailədə ev aptek çantasında olmalı əvəzolunmaz vasitədir.


Medicina.az bir Xlorgeksidinlə hansı problemləri həll edə biləcəyinizi təqdim edir:


-İltihablı boğaza qarqara


Əgər angina, boğaz ağrısı, irin varsa, əvvəlcə ilıq su ilə boğaz yaxalanır. Sonra 1 xörək qaşığı 0,05 %li Xlorgeksidini 3 xörək qaşığı ilıq suda qarışdırıb, onunla boğazı 3 dəqiqə qarqara edirsiz. Bu prosedurdan sonra 2 saat yemək olmaz.


-Ağız boşluğu, damaq xəstəlikləri, stomatitdə


Damaq xəstəliyində, diş qanamasında, stomatit ağız içi bakteriya çoxluğunda, ağız qoxusunda yuxarıda qeyd olunduğu qaydada məhlulu hazırlayıb, səhər –axşam ağız içini 1-2 dəqiqə qarqara etmək lazımdır.


-Veneroloji xəstəliklərdə


Kişilərə cinsi orqanı bu məhlulla yumaq tövsiyyə olunur.



-Ayaqdan tər qoxusuna qarşı


Ayaqdan tər qoxusuna və ayaqqabıdan gələn pis qoxuya qarşı ayaqları xlorgeksid qatılmış suda vanna edin, ayaqqabılarınızı xlorgeksiddə isladılmış pambıqla silin.


-Kosmetoloji faydası


Kosmetoloqlar bir antiseptik kimi onunla üzü silməyi məsləhət görür: üz təmizlənməsindən, inyeksiyadan, pilinqdən sonra çəkilir ki, dəri tez sağalsın, iz qalmasın. Sızanaqları təmizlədikdən sonra da xlorgeksidin ilə silin. 


-İstənilən yara üçün


Hətta uşaqlarda da istənilən səthi yara və əzikləri Xlorgeksidinlə dezinfeksiya etmək olar. Əgər əllərinizi mikroblardan qorumaq istəyirsizsə, xlorgeksidlə əllərinizi yaxalaya bilərsiz.