Gün ərzində yeyilə bilən kabab payı açıqlanıb.
“Medicina” xəbər verir ki, qastroenteroloq Vladimir Neronov bu barədə danışıb.
“Orta yaşlı bir insan üçün kömürdə qızardılmış ətin tövsiyə olunan porsiyonu təxminən 200-250 qramdır. Bu, həzm sisteminə yükü azaltmağa kömək edəcək.
Dana əti, yağsız quzu və hinduşka əti kimi orta dərəcədə yağlı ət kəsimlərindən istifadə etmək daha yaxşıdır.
Onlar əsas amin turşuları və yaxşı protein mənbəyidir.
Əti açıq alovda deyil, isti kömürdə qızartmağa çalışın. Bu, yağ yandırıldıqda yaranan kanserogenlərin riskini minimuma endirir”.
Həkim həmçinin pivə və qazlı içkilərdən çəkinməyi məsləhət görür, çünki onlar mədə narahatlığına səbəb ola bilər. Qırmızı şərab, konyak və ya mineral su seçmək daha yaxşıdır.
"Hər hansı bir həzm probleminiz varsa, qızardılmış ətdən çox çəkinməyiniz yaxşıdır. Mədə-bağırsaq xəstəlikləri olan insanlar, hamilə qadınlar, diş problemi olan insanlar üçün (natamam diş cərgəsi) ideal porsiya 100 qramdan çox deyil.
Aygün Musayeva