Hər gün kərəviz yemək üçün 10 səbəb – Kökü, özü, şirəsinin FAYDALARI

  • 2020.01.24 18:43
  • 34004 Baxış
Hər gün kərəviz yemək üçün 10 səbəb –  Kökü, özü, şirəsinin FAYDALARI

Kərəvizin özünü görmək, adını eşitmək kifayətdir ki, dərhal alasan, yeyəsən, qəbul edəsən. Bu tərəvəzin nəyə faydası var soruşmaq belə düzgün deyil. Çünki kərəviz sağlamlığın özüdür.

Medicina.az hər gün yanından keçdiyiniz kərəvizin həm kökünün, həm yaşıl zoğ hissəsinin bilmədiyiniz 10 faydasını təqdim edir.

1. İstənilən yeməyə qatılanda onun kalorisini azaldır və asan həzm etdirir. Ona görə də kərəviz arıqladır, kökəlməyə qoymur.

2. Tərkibində inulin, pektin olduğu üçün bağırsağın motorikasını artırır, onu təmizləyir
3. Qaz, köp, meteorizmə qarşıdır

4. Antibiotik müalicəsindən sonra kərəviz içmək, yemək bağırsaq mikroflorasını bərpa edir
5. Orqanizmi A, C, E, K vitamini ilə təmin edir.

6. Sidik qovucudur, sidik kisə və böyrək daşlarında təsir edir, sidik turşusunu yuyub çıxarır
7. Mədə, bağırsaq, mədəaltı, həzm xəstəlikləri olanlar kərəviz yesin

8. Tərkibində olan unikal apiqenin sayəsində yüksək təzyiqi salır, qanda lipid balansını tənzimləyir. Gündə cəmi 50 qr kərəviz xolesterini azaldır

9. Ürək damar xəstəliyi, ürək ritmi pozulmalarında kərəviz hətta su əvəzi içilməlidir
10. Kişilər üçün çox vacibdir: çünki androsetonin kimi hormonu artıraraq, cinsi qabiliyyəti aktibləşdirir

Kərəvizin xərçəng əleyhinə müsbət təsiri ilə bağlı da araşdırmalar aparılıb