Hər gün mütləq bir kasa qatıq yeyin! - Tərkibindəki 10 vitamin və mineral…

  • 2024.04.05 10:00
  • 356 Baxış
Hər gün mütləq bir kasa qatıq yeyin! - Tərkibindəki 10 vitamin və mineral…
Qatıq tərkibindəki zəngin vitamin və minerallar sayəsində sağlamlığa ən faydalı qidalardan biri hesab edilir.

Bu süd məhsulu körpəlikdən başlayaraq bütün yaş qruplarının qidalanmasında böyük əhəmiyyət kəsb edir və tərkibindəki kalsium sayəsində menopoz zamanı qadınların sağlam qalmasında da rol oynayır.

Medicina.az xəbər verir ki, dietoloq Berna Ertuğ qatığın faydalarından danışıb.

- Qatıq həzmi asanlaşdırır və bağırsaqların işləməsinə kömək edir. Tərkibindəki laktoza süddən aşağı olduğu üçün həzmdə üstünlük təmin edir.

- Tərkibindəki probiotiklər sayəsində həzmlə yanaşı orqanizmin immunitetini də dəstəkləyir.

- Qatıq tərkibindəki kalsium sayəsində sümükləri gücləndirir və qoruyur. Buna görə də osteoporozun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.

- Kalsiumun ən mühüm funksiyası sümük və dişlərin sağlamlığını qorumaq və inkişafını təmin etməkdir. Odur ki, sürətli böyümə,
hamiləlik və ana südü ilə qidalanma dövrlərində kalsiuma ehtiyac daha da artır.

- Qatıq həm də fosforla zəngindir. Fosfor hüceyrələrdə DNT və RNT molekullarının əsas tikinti bloklarıdır. Hüceyrədəki bütün enerji dövranını təmin edir.

- Qatıq bakteriyaları fəaliyyətləri zamanı B1, B2, B3 vitaminlərini sintez edirlər. Buna görə də bu vitaminlər bədəni dəri sağlamlığında da dəstəkləyir.

- Tərkibindəki yüksək miqdarda riboflavin böyümə, toxuma bərpası və enerji mübadiləsindən məsuldur.

Qatığın tərkibindəki vitaminlər və minerallar:

6,8 q zülal
3,5 q yağ
8,2 q karbohidratlar
100 mq natrium
320 mq kalium
230 mq kalsium
200 mq fosfor
10 mq xolesterol
44 iu A vitamini
2 mq C vitamini

200 q, yəni bir kasa yarı yağlı qatıq 36% karbohidrat, 32% zülal və 32% yağdan ibarətdir. Bir kasa qatıqda orta hesabla 100 kalori var.

Dietoloq qeyd edib ki, qatıq günün hər saatında istehlak edilə bilər:

“Əsas yemək və ya qəlyanaltı kimi üstünlük vermək olar. Gündə ən azı bir kasa qatıq istehlak edin. Gündəlik istehlak edilməli olan qatıq miqdarı digər süd qruplarının istehlakına görə dəyişir. Əgər başqa süd məhsulları istehlak edilmirsə qatıq miqdarı artırılmalıdır. Gün ərzində süd və pendir istehlak edilirsə, gündə ən az bir kasa qatıq yemək kifayətdir. Bəzi hazır yoqurtlarda yüksək miqdarda şəkər və digər faydalı olmayan əlavələr var. Buna görə də etibarlı şirkətlərin təbii qatıqlarını seçmək çox vacibdir”.


Aysel