Hər iki ayağını itirmiş qazi müasir protezlə təmin olundu

  • 2021.10.18 17:17
  • 1380 Baxış
Hər iki ayağını itirmiş qazi müasir  protezlə təmin olundu

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən müharibənin zəfərlə bitməsində pay sahibi olanlardan biri də Sumqayıt şəhər sakini, əsgər Alxasov Camal İlqar oğlu yüksək texnologiyalı protezlə təmin edilib.


Medicina.az xəbər verir ki, C.Alxasov Qubadlının azadlığı uğrunda döyüşlərdə hər iki ayağını itirmişdi.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Alxasov Camal İlqar oğlu “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.