Əgər siz də hər səhər yorğun oyanırsınızsa, bunun aşağıdakı səbəbləri ola bilər.
"Medicina" xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin mütəxəssisləri mümkün səbəbləri və çıxış yollarını göstəriblər.
Dehidrasyon: Orqanizminizin düzgün işləməsi üçün suya ehtiyacınız var. Əgər gün ərzində 8 stəkan su içmirsinizsə, nəticədə əhvalınız pisləşir və hərəkətiniz yavaşlayır.
Həddən artıq suya məruz qalmaq: Yatmazdan əvvəl duşa girmək yuxunuza mane ola bilər. Yaxşı olar ki, bu prosesi gün ərzində edəsiniz.
Dağınıqlıq: Araşdırmalar göstərir ki, səliqəli yerin olması zehninizi də rahatlandırır. Yorğun olduqda istirahət etmək istəsəniz, mütləq səliqəli otaqda bunu edin.
İstilik: Çöldə hava neçə dərəcə olursa olsun, fərq etməz. Siz otağınızın istiliyini 18-20 dərəcə arasında saxlamağa çalışın. Çünki gecə tərləməyin sizə faydası olmaz.
Allergiya: Əgər gözlərinizi qaşıyır və ya davamlı olaraq asqırırsınızsa, mütləq həkimə gedin.
Yuxu rutini: Bu dəqiqlik istəyən bir vəziyyətdir. Əgər həftə içi axşam saat 10-da yatırsınızsa və bunu həftə sonları gecə saat 2-yə uzadırsınızsa orqanizminizin ritmi pozulur.
Yatağa əsəbi girmək: Araşdırmaların nəticəsi göstərib ki, yatağa əsəbi halda girmək yatmamaq deməkdir.
Dəmir çatışmazlığı: Dəmir qan axınını qaydasına salır və əzələlərə oksigenin getməsini təmin edir. Əgər gündə 10 mg. dəmir qəbul etmirsinizsə ,özünüzü yorğun hiss edə bilərsiniz.
Hava şərtləri: Mövsüm dəyişiklikləri əhvalınızı da dəyişir. Xərclədiyiniz endorfin səviyyəsini qaydasına salmaq üçün idman edin və gündə 10 dəqiqə də olsa, günəşli havada gəzin.
Qapalı məkanda olmaq: Orqanizmin balanslı işləməsi üçün təmiz hava vacib amillərdəndir. Bunun üçün də gündə ən az 30 dəqiqə çöldə gəzmək lazımdır.
Süni işıq: Ekranlardan qəbul edilən işıq beyin dalğalarına mənfi təsir edir. Buna görə də, çalışın, yataq otağında bu cür işıqlar olmasın.
MEDİCİNA.AZ