Hər yerdə bitənə qədər heç yerdə bitməyəcək - ÜST rəhbəri

  • 2022.03.10 15:02
  • 2016 Baxış
 Hər yerdə bitənə qədər heç yerdə bitməyəcək  - ÜST rəhbəri


Qlobal koronavirus pandemiyası dünyada heç də bitmək üzrə deyil.

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“COVID-19 pandemiyası bitməkdən çox uzaqdır və hər yerdə bitənə qədər heç yerdə bitməyəcək”, - deyə o, bəyan edib.

Təşkilat sədri virusun təkamülə davam etdiyini vurğulayıb.

ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlanğıcından indiyədək 6 milyondan çox insan koronavirus səbəbindən dünyasını dəyişib.