Həyət-bacanızdakı siçanlar - Hantavirus yaya bilərmi?

  • 2026.05.11 19:28
  • 185 Baxış
Həyət-bacanızdakı siçanlar  - Hantavirus yaya bilərmi?

Siçanlar (gəmiricilər) hantavirusu daşıya bilər, bütün dünya hantavirusdan qorunmaq barədə düşünərkən, insanları bir sual düşündürür: bəs binalardakı, həyət-bacadakı adi siçanlar bu virusu yaya bilərmi?

Medicina.az xəbər verir ki, Hantavirus gəmiricilərdən əsasən belə keçir: siçan sidiyi və nəcisi quruyanda, havaya qalxanda insan onu nəfəs ilə udanda virusa yoluxma ola bilər.


Ev və həyət siçanları risklidirmi?

Ola bilər, amma çox çirkli, uzun müddət təmizlənməyən, siçan çox olan yerlərdə və virus həmin bölgədə varsa...


Hantavirus çox nadir xəstəlikdir
hər siçan olan evdə olmur
hər ölkədə eyni dərəcədə yayılmır.

Evdə siçan varsa nə etməli?

nəcisi quru halda süpürmə
əvvəl nəm dezinfeksiya et
əlcək istifadə et
qida məhsullarını bağlı saxla
dəlikləri bağla.

Siçanlar nəzəri olaraq hantavirus daşıya bilər, amma hər siçanda hantavirus olması real deyil.

Aygün Musayeva