Heyvanlar üçün ilk vaksin hazırlandı - Rusiyada

  • 2021.03.31 09:34
  • 1395 Baxış
Heyvanlar üçün ilk vaksin hazırlandı -  Rusiyada
Rusiyada dünyada ilk dəfə heyvanlar üçün yeni növ koronavirusa qarşı vaksin qeydiyyata alınıb. Vaksin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) alimləri tərəfindən hazırlanıb.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə nəzarət idarəsinin başçısının müavini Konstantin Savenkov bildirib.

Onun sözlərinə görə, artıq aprel ayında vaksinin kütləvi istehsalına başlanıla bilər.

O əlavə edib ki, vaksinin ötən ilin oktyabrında başlayan klinik sınaqlarında itlər, pişiklər, qütb tülküləri, tülkülər və digər heyvanlar iştirak ediblər. Savenkovun sözlərinə görə, tədqiqatların nəticələri vaksinin zərərsizliyinə və yüksək immunogen aktivliyinə dair rəy verməyə imkan verir.

O, həmçinin əlavə edib ki, “Rosselxoznadzor” alimləri preparatın tətbiqindən sonra immunitetin hansı müddətdə inkişaf etdiyini öyrənməyə davam edirlər