"Hindistan mutasiyasının yoluxuculuq səviyyəsi yüksəkdir"

  • 2021.04.27 23:39
  • 1183 Baxış
"Hindistan mutasiyasının yoluxuculuq səviyyəsi yüksəkdir"
Hindistanda aşkar olunmuş koronavirus mutasiyaları yoluxmuş şəxslərdə yaranan anticisimlərə qarşı dayanıqlıdır.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat xidməti bildirib.

Qeyd olunur ki, Hindistanda ötən ilin dekabrında toplamış nümunələr üzərindən aparılan araşdırmalar bu mutasiyanın həm yoluxub sağalmış şəxslərdə, həm də peyvəndlənmiş şəxslərdə anticisimlərə dayanıqlığını müəyyən edib.

Bundan başqa, Hindistan mutasiyasının koronavirusun digər növləri kimi yüksək yoluxuculuq səviyyəsi müəyyən edilib.