Hindistanda indi də “Zika” xəstəliyi yaranır - Ağcaqanadlarla yayılır

  • 2021.07.12 15:06
  • 1375 Baxış
Hindistanda indi də “Zika”  xəstəliyi yaranır -  Ağcaqanadlarla yayılır
Hindistanın Kerala əyalətində 14 nəfərdə “Zika” virusu aşkar edilib.

Bu barədə “BBC” xəbər agentliyi məlumat yayıb.

Qızdırma, göz qızarması, qusma, dəri tökülməsi, baş, əzələ və oynaq ağrıları kimi əlamətləri olan xəstəlik üçün xüsusi bir müalicə və ya profilaktik peyvənd yoxdur.

BBC-nin xəbərinə görə, Kerala Səhiyyə Naziri Veena George verdiyi açıqlamada Thiruvananthapuram (Trivandrum) şəhərində 14 nəfərdə “Zika” virusunun aşkarlandığını təsdiqləyib.

Nazir virusun ilk dəfə 28 iyun tarixində xəstəxanaya baş ağrısı, qızdırma və səpgi ilə müraciət edən 24 yaşlı hamilə bir qadında görüldüyünü açıqlayıb.

O açıqlamasında deyib ki, yağışın çox yağdığı ərazilərdə artan ağcaqanadlar da virusun yayılmasında iştirakçıdır.

“Zika” virusu insanlara "Aedes aegypti" ağcaqanad növünün dişləməsi ilə keçir.

Qan və cinsi əlaqə, həmçinin ağcaqanad dişləməsi ilə keçdiyi ortaya çıxan virusa ilk dəfə 1947-ci ildə Uqandanın Zika meşələrindəki meymunlarda rast gəlinib.

Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər.

“Zika” virusuna yoluxmuş ana xəstəliyi birbaşa bətnində olan uşağa ötürür. Anadan olan zaman kiçik baş quruluşuna malik olan bu körpələr inkişafdan qalmış, qüsurlu şəkildə olurlar. Təkcə 2016-ci ilin oktyabr ayında Braziliyada bu şəkildə 4000 uşaq doğulub. Aparılan araşdırmalar nəticəsində doğulan körpələrin analarında “Zika” virusu təsbit edilib.

Virus dünya miqyasında tropik qurşaqda yerləşən ölkələrdə daha çox rast gəlinir. 2015-ci ildə Braziliyada sürətlə yayılan bu virus çox keçmədən Latın Amerikasını cənginə alıb. Ümumdünya Sağlıq Təşkilatı Çili və Kanada istisna olmaqla digər Amerika ölkələrində fövqəladə hal elan etmişdi.

Bu virusa yoluxanlar üçün xüsusi bir müalicə və ya peyvənd yoxdur. (musavat.com)