Hindistanda koronavirusun yeni ştamı sürətlə yayılır

  • 2023.12.28 09:02
  • 692 Baxış
Hindistanda koronavirusun yeni ştamı  sürətlə yayılır
Hindistanda koronavirusun yeni JN.1 ştamına 109 yoluxma halı müəyyən edilib.

Medicina.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.


“Yeni variantlar yüngül keçir və Omicron virus ailəsinə aiddir. Beləliklə, bu hallarda narahat olmaq üçün çox şey yoxdur. Təşvişə əsas yoxdur, amma bəli, bu, onun yenidən qayıtmasına işarədir" - deyə Qanqaram Xəstəxanasının həkimi Bobbi Bhalotra bildirib.

Yeni COVID-19 JN.1 yayılan variantlar siyahısında ən sonuncudur.