Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hindistanda “qara kif” sürətlə yayılır - Xəstəxanalar dolur

  • 2021.06.12 16:07
  • 1423 Baxış
Hindistanda “qara kif” sürətlə yayılır  - Xəstəxanalar dolur


Hindistanda "qara kif”ə yoluxma sayı üç həftə ərzində 150% artaraq 31 216 minə çatıb.

Medicina.az xəbər verir ki, iki mindən çox insan bu səbəbdən ölüb.

Mövcud məlumatlara görə, Maharaştra ştatı bu xəstəlikdən daha çox əziyyət çəkir.

Qucarat ştatı isə bu məsələdə ikinci sıradadır. Burada yoluxma sayı 5 mini keçib, 300-dən çox ölüm var.

Ən çox təsirlənən üçüncü əyalət infeksiya sayı təxminən 3 minə çatan, 188 nəfərin öldüyü Racəstandır.

Xəstəliyin sürətlə yayılmasının səbəbinin "qara kif”ə yoluxanların müalicəsi üçün lazım olan "Amfoterisin-B” (göbələk əleyhinə vasitə) dərmanının kəskin çatışmazlığı və Hindistan səhiyyə sistemində ümumi yüklənmə olduğu qeyd edilir.