Hipertoniyadan qorunmaq üçün yalnız duz qəbulunu azaltmaq kifayət deyil. Kalium və kalsiumla zəngin qidalar da qan təzyiqinin nəzarətdə saxlanmasına kömək edə bilər.
Medicina.az xəbər verir ki, mərcimək, noxud, lobya, ispanaq, brokoli, banan, quru ərik, təbii qatıq, süd, badam və duzsuz çərəzlər faydalı seçimlərdir.
DASH pəhrizinə uyğun qidalanmanın hipertoniya olan insanlarda sistolik təzyiqi 5–8 mm civə sütunu azalda bildiyi bildirilir.
Mütəxəssislər hazır qidalar, kolbasa və çox duzlu məhsulların qəbulunu azaltmağı tövsiyə edirlər. Kalium və kalsium əlavələri isə həkim məsləhəti olmadan qəbul edilməməlidir.
Xanım,
Medicina.az