Hovuzlar sağlamlıq üçün ciddi risklər də gətirə bilər.
Medicina.az xəbər verir ki, hovuza girməzdən əvvəl gigiyena qaydalarına diqqət yetirilməlidir.
Hovuzlardakı təhlükələr...
1. Hovuz suyu nə qədər təmizdir?
Şəffaf görünən su əslində bakteriya və mikroorqanizmlərlə dolu ola bilər. Xlorlama və qeyri-kafi gigiyena tədbirləri zərərli mikrobların çoxalmasına səbəb olur. Bu, ishal, dəri infeksiyaları və göz xəstəlikləri yaradar.
2. Kimyəvi təhlükələr
Hovuzların dezinfeksiya edilməsində istifadə edilən tənəffüs yollarında problemlər yarada bilər. Bu, xüsusilə astma və allergiyası olan insanlar üçün ciddi nəticələrə səbəb ola bilər.
3. Ayaq göbələyi və dəri infeksiyaları
Ümumi yerlərdə ayaqyalın gəzmək göbələyə yol açar. Hovuz kənarları və duş yerləri xüsusilə belə mikroorqanizmlərlə doludur. Buna görə də hovuz tərliklərindən istifadə etmək çox vacibdir.
4. Göz və qulaq sağlamlığına diqqət edin
Hovuz suyu göz qıcıqlanmasına və qulaq infeksiyalarına səbəb ola bilər. Xüsusilə kontakt linza taxan şəxslərin hovuzda eynək taxmaları tövsiyə olunur. Eynilə, suyun sızdığı qulaqlarda bakterial infeksiya riski artır.
5. Uşaqlar daha çox risk altındadırlar
İmmunitet sistemi tam inkişaf etməmiş uşaqlar hovuzdan gələn mikroblara daha çox həssasdırlar. Bu səbəbdən uşaqlar üzgüçülükdən sonra mütləq yuyulmalı və görünən simptomlar üçün nəzarət edilməlidir.
Aygün
Medicina.az