Hündürlükdən yıxılıb beyni zədələnən xəstə sağaldı

  • 2023.10.06 15:56
  • 2100 Baxış
Hündürlükdən yıxılıb beyni zədələnən xəstə sağaldı
Hündür yerdən yıxılaraq ağır xəsarət alan 67 yaşlı pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunub.



"Medicina" xəbər verir ki, xəstəyə "Sağtərəfli kəskin subdural hematoma. Sağ alın-gicgah-təpə payında hemorragik kontuziya ocağı” diaqnozu qoyulub.



Xəstə təcili olaraq cərrahi əməliyyata alınıb. Əməliyyat uğurlu keçib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Aygün M