İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyəti yoxlanmalıdır - Millət vəkili

  • 2021.10.15 14:26
  • 1924 Baxış
 İcbari Tibbi Sığorta  Agentliyinin fəaliyyəti yoxlanmalıdır -  Millət vəkili
Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı


Milli Məclisin iclasında deputat Rüfət Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini tənqid edib.


Medicina.az xəbər verir ki. bunu millət vəkili,Rüfət Quliyev bildirib:

“Mənə xəstə insanlardan biri müraciət etdi. Ona yardım etməyə çalışdım, agentliyə müraciət etdim. Onlar kömək edəcəklərini bildirdilər”.

Millət vəkili qeyd edib ki, xəstə insana əməliyyatına iki gün qalmış problemlər çıxdığını bildiriblər.

“İki ay müddətində bu agentlik bir problemi həll edə bilmədimi?! Təəssüflər olsun ki, həmin adam bu yaxınlarda vəfat etdi”, - deyə R.Quliyev əlavə edib.

Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin araşdırılmasına ehtiyac var:

“Bu qurum barədə yoxlamalar aparılmalıdır, fəaliyyəti araşdırılmalıdır”