İcbari tibbi sığorta ilə bağlı məsuliyyət sərtləşdirilir - VİDEO

  • 2018.03.28 22:49
  • 19760 Baxış
İcbari tibbi sığorta ilə bağlı məsuliyyət sərtləşdirilir -  VİDEO
İcbari tibbi sığorta təşkilatının təsnifatı və tibbi sığorta sistemi ilə bağlı məsuliyyət şərtləri ağırlaşdırılır.


 

Medicina.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisə "Tibbi sığorta haqqında" qanuna dəyişiklik təklifi təqdim olunub.


 

Millət vəkili Musa Quliyev deyir ki, yeni qanunda bir sıra yeniliklər öz əksini tapacaq.


 

Qanunun 12-ci maddəsinə təklif edilən dəyişikliyə görə, icbari tibbi sığorta təşkilatının dövlət orqanı yox, qurum adlandırılması nəzərdə tutulur. Təklifə əsasən, mülkiyyət formasından asılı olmayaraq, icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır. Həmçinin sığorta haqlarının hesablanması üçün məbləğin gizlədilməsi və ya aşağı salınması, ödənilmə müddətinin pozulması da inzibati məsuliyyətə səbəb olur.


Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.